Azərbaycan Kubokunda yarımfinal oyunlarının proqramı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinin oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, hər iki oyun eyni gündə keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə qarşılaşmaların “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacağı da diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 29-da baş tutacaq.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
21 aprel

“Keşlə” – “Zirə”
Bakı. “ASK Arena”, 18:30.

“Sumqayıt” – “Qarabağ”
Sumqayıt. “Kapital Bank Arena”, 20:30.