Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
Arena.az xəbər verir ki, ilk oyunda “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Mərdəkandakı “Dalğa Arena”da baş tutmuş bu matçı Elçin Məsiyev idarə edib.
Bu, sözügedən komandaların ölkə kubokundakı ilk görüşü idi. Tərəflər indiyədək bu turnirdə qarşılaşmamışdılar.
Oyunun taleyini bir qol həll edib. Naxçıvan təmsilçisi ilk hissədə penaltidən vurduğu qol sayəsində cavab matçı öncəsi üstünlük qazanıb.
Digər yarımfinal görüşündə iki paytaxt təmsilçisi – “Sabah” və “Neftçi” üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinalın cavab oyunları aprelin 23-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunu
2 aprel
“Araz-Naxçıvan” – “Qarabağ” 1:0
Qol: Felipe Santos, 28-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
Mərdəkan. “Dalğa Arena”.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 9. Kadi Borges, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.