Azərbaycan Kubokunda yarımfinalın ilk oyunlarının hakimləri

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarını FIFA referiləri idarə edəcəklər.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Araz-Naxçıvan” – “Qarabağ” matçı Elçin Məsiyevə tapşırılıb. “Neftçi” – “Sabah” görüşündə isə Əliyar Ağayev söz sahibi olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinalın ilk oyunları aprelin 2-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
Mərdəkan. “Dalğa Arena”.

19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Neftçi Arena”.