Azərbaycan Kubokunda yarımfinalın ilk oyunlarının təyinatları

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” oyununu Rəvan Həmzəzadə idarə edəcək.

“Zirə” – “Qəbələ” görüşündə isə baş hakim İnqilab Məmmədov olacaq.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel

20:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”.

3 aprel

19:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.