Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib. Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, cavab qarşılaşmaları aprelin 29-da baş tutacaq.
Əvvəlcə Bakıdakı “Azərsun Arena”da “Qarabağ” “Qəbələ” ilə münasibətlərinə aydınlıq. Digər qarşılaşma isə “Bakcell Arena”da “Neftçi” ilə “Zirə” arasında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan kubokunda yarımfinalın ilk oyunları bu gün keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
29 aprel
“Qarabağ” – “Qəbələ”
Bakı. “Azersun Arena”, 17:30.
“Neftçi” – “Zirə”
Bakı. “Bakcell Arena”, 20:30.


