Azərbaycan Kubokunun 2024/25 mövsümünün püşkü atılacaq

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin keçiriləcəyi tarix müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, püşkatma mərasimi “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbirə saat 15:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan Kubokunun yeni mövsümündə Premyer Liqanın, Birinci Liqanın və İkinci Liqanın bütün klubları iştirak edəcək.