Azərbaycan Kubokunun final matçının yeri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunun 2022/23 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən oyun “Bakcell Arena”da baş tutacaq.

Ölkə kubokunun həlledici qarşılaşması öncədən elan olunduğu kimi iyun ayının 3-də keçiriləcək.

Azərbaycan Kubokunun final matçının vaxtı və digər detallarla bağlı əlavə məlumat veriləcək.