Azərbaycan kubokunun qalibi belə mükafatlandırıldı – Video

Azərbaycan Kubokunun “Neftçi” ilə “Qəbələ” arasında baş tutan final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, “Bakcell Arena” stadionunda baş tutan tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev iştirak ediblər.

Əvvəlcə sponsorlara, görüşün hakimlərinə və nümayəndələrinə xüsusi hədiyyələr verilib. Ardınca gümüş medalın sahibi “Neftçi” futbolçuları mükafatlandırılıb. Daha sonra qalib “Qəbələ”yə qızıl medallar və kubok təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Kubokunun 2022/2023-cü illər mövsümünün qalibi “Qəbələ” olub. Sözügedən komanda finalda “Neftçi”ni 102-ci dəqiqədə İsnik Aliminin dəqiq yerinə yetirdiyi penalti zərbəsi ilə 1:0 məğlub edərək kuboka yiyələnib. Bu, “Qəbələ”nin tarixində qazandığı 2-ci ölkə kubokudur.