Azərbaycan – Macarıstan matçının hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Viktor Şimusik olacaq. Ona bu işdə yan xətt hakimləri Sergey Kasavets və Anton Qusev kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Cavid Cəlilov yerinə yetirəcək.

Qeyd edək ki, “Dalğa Arena” keçiriləcək bu oyun iyunun 10-da baş tutacaq.

Yoxlama oyunu
10 iyun

Azərbaycan – Macarıstan
Baş hakim: Viktor Şimusik (Belarus).
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus).
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan).
Mərdəkan. “Dalğa Arena”. Saat 20:00.