Azərbaycan milisi UEFA Millətlər Liqasında heç-heçə ilə debüt etdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə təşkil olunan UEFA Millətlər Liqası çərçivəsində bu gün ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz bu turnirdəki ilk matçını Kipr yığmasına qarşı keçirib.

Komandamız bu rəqiblə Bakıda, “Dalğa Arena”da üz-üzə gəlib. Moldovadan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşmada hesabı ikinci hissənin əvvəlində yığmamız açıb. Amma qonaqlar buraxılan qolun əvəzini çıxa biliblər.

Nəticədə Azərbaycan millisi UEFA Millətlər Liqasındakı debüt matçından heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, yığmamızın yer aldığı 3-cü qrupda Kiprdən başqa Monteneqro və Farer adaları da var. Millimizin növbəti matçı məhz Monteneqro yığmasına qarşı olacaq. Bu matç isə Podqoritsa şəhərindəki “Lyeskopolye Arena”da təşkil olunacaq. Sentyabrın 26-da keçiriləcək bu oyuna saat 20:00-da start veriləcək.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
22 sentyabr

Azərbaycan – Kipr 1:1
Qollar: Sevinc Cəfərzadə, 46 – Yelena Aristodimu, 66.
Hakimlər: Yelena Qobjila, Nataliya Çeban, Ana Çobotaru, Oksana Kruç (Moldova).
Bakı. “Dalğa Arena” stadionu.

Azərbaycan: 1. Şərifova Aytac, 2. Məmmədova Diana, 3. Məhsimova Jalə, 4. Mirzəliyeva Nigar, 5. Əhmədova Ayşən, 7. Mollayeva Manə, 8. Teymurova Firəngiz (16. Parlak Nazlıcan, 46), 9. Cəfərzadə Sevinc (k), 10. Bakarandze Kristina, 18. Dorofeyeva Alina (23. Acar Yeliz, 46), 20. Bozdağ Peritan.
Ehtiyat oyunçular: 12. Güleryüz Göknur, 22. Əliyeva Nərgiz, 6. Rəhimova Milana, 11. Seyfəddinova Vüsalə, 13. Hacıyeva Nərgiz, 14. Əliyeva Coşqunə, 15. Məmmədova Kamilla, 17. Hacıyeva Vüsalə, 19. Rəhimova Sona, 21. Aliyeva Aysun.
Baş məşqçi: Siyasət Əsgərov.
Kipr: 1. Mariya Matthaiu, 5. Mariya Panayotu, 6. Xara Neofitu (14. Xarikliya Kosta, 72 / 4. Andriya Efstratiu, 90+1), 8. Antriya Mixail, 9. Antri Violari, 10. Yelena Aristodimu (2. Xara Xaralambus, 86), 11. Louçretiya Xrisostomu (15. Yelina Panayotu, 46), 16. Sara Papadopulu, 17. Marilena Georgiu, 19. Filippa Savva (k), 20. Eirini Mixail.
Ehtiyat oyunçular: 12. Antriana Mila, 22. Konstantina Kouzali, 18. Sofie Dionissiu, 21. Marilia Konstantinu.
Baş məşqçi: Stefanos Voskaridis.