Azərbaycan milliisinin heyətinə daha bir futbolçu cəlb olundu

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milliisinin heyətinə daha bir futbolçu cəlb olunub.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Sabah” komandasının oyunçusu Xanım Əsədova yığmaya qoşulub.

Xatırladaq ki, qadın futbolçulardan ibarət Azərbaycan millisini Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı oyunlar gözləyir.

Milli komandamız iyulun 1-dən ayın 4-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçib. İyulun 5-dən etibarən isə bu matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına start verilib.

Millimiz iyulun 12-də “Dalğa Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.