Azərbaycan millisi 2023-cü ili 114-cü pillədə başa vurdu

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti və 2023-cü ilin sonuncu FIFA reytinqində mövqeyini qoruyub.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Millimiz bu ilin son reytinq cədvəlində 114-cü pillədə qərarlaşıb. Hazırda baş məşqçisi olmayan komandamız 2023-cü ili 1174.22 xalla başa vurub.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millimizin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Azərbaycan millisi onun rəhbərliyi altında AÇ-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub. Yığmamızın yeni baş məşqçisinin gələn ilin əvvəlində müəyyənləşməsi gözlənilir.

FİFA reytinqində Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncü pillədə qərarlaşıb. Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pillədə yer alıb.

Hesabında 1505.28 xal olan Türkiyə yığması da 37-ci sırada qalıb.

Reytinq cədvəlinin ilk 40 pilləsində qərarlaşmış komandalar:

  1. Argentina – 1855,2
  2. Fransa – 1845,44
  3. İngiltərə – 1800,05
  4. Belçika – 1798,46
  5. Braziliya – 1784,09
  6. Niderland – 1745,48
  7. Portuqaliya – 1745,06
  8. İspaniya – 1732,64
  9. İtaliya – 1718,82
  10. Xorvatiya – 1717,57
  11. Uruqvay – 1665,99
  12. ABŞ – 1665,27
  13. Mərakeş – 1661,69
  14. Kolumbiya – 1655,29
  15. Meksika – 1652,7
  16. Almaniya – 1631,22
  17. Yaponiya – 1620,19
  18. İsveçrə – 1613,44
  19. Danimarka – 1601,31
  20. Seneqal – 1594,31
  21. İran – 1565,08
  22. Ukrayna – 1553,35
  23. Cənubi Koreya – 1550,65
  24. Avstriya – 1546,1
  25. Avstraliya – 1539,22
  26. İsveç – 1530,19
  27. Macarıstan – 1525,13
  28. Tunis – 1523,23
  29. Uels – 1521,88
  30. Əlcəzair – 1520,26
  31. Polşa – 1520,24
  32. Ekvador – 1519,2
  33. Misir – 1518,91
  34. Serbiya – 1517,43
  35. Peru – 1512,68
  36. Şotlandiya – 1506,89
  37. Türkiyə – 1505,28
  38. Rusiya – 1498,84
  39. Çexiya – 1494,04
  40. Çili – 1489,82