Azərbaycan millisi AÇ-2024-ün iştirakçısına məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanın Sombatxey şəhərində Albaniya yığma komandası ilə yoldaşlıq oyunu keçirib.

Arena.az xəbər verir ki, yığmamızın 2024-cü ildəki 3-cü sınağı neytral meydanda – Macarıstanda gerçəkləşib.

Ötən ilin sonundan baş məşqçisiz olan komandamızı albanlarla görüşə yenə Arif Əsədov çıxarıb. O, bu ilin martında Bakıda baş tutan Monqolustan (1:0) və Bolqarıstanla (1:1) görüşlərdə də yığmamıza rəhbərlik etmişdi.

Qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək albanlarla oyun millimiz üçün uğursuz alınıb. İlk hissəni minimal hesabla məğlub başa vuran futbolçularımız ikinci hissəyə yaxşı başlayıblar. Amma ardıcıl bir neçə qol epiozdunu boşa verən yığmamız əvəzində öz qapısında daha 2 top görüb. Millimizin gücü yalnız son saniyələrdə vurduğu təsəlli qoluna çatıb.

Xatırladaq ki, Azərbaycan millisi iyunun 11-də Qazaxıstan yığmasıyla da yoxlama oyunu keçirəcək. Bu oyun da eyni məkanda baş tutacaq və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Yoxlama oyunu
7 iyun

Albaniya – Azərbaycan 3:1
Qollar: Nedim Bayrami, 12. Rey Manay, 81. Kazim Laçi, 88 – Musa Qurbanlı, 90+1.
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: İstvan Albert, Gerqo Viqh-Tarsonyi
Dördüncü hakim: İstvan Vad (hamısı Macarıstan)
Sombatxey, “Haladas SportKomplexum”, 21:00.

Albaniya: 23. Tomas Strakoşa, 3. Mario Mitay (25. Naser Aliyi, 46), 4. Elseid Hisay, 5. Arlind Ayeti (18. Adrian İsmayli, 77), 6. Berat Cimsiti (k) (13. Enea Mihay, 46), 10. Nedim Bayrami, 20. İlber Ramadani, 21. Kristian Asllani, 9. Yasir Asani (26. Arber Hoca, 46), 15. Taulant Seferi (14. Kazim Laçi, 61), 11. Armando Broya (7. Rey Manay, 46).
Ehtiyat oyunçular: 1. Etrat Berişa, 12. Elxan Kastrati, 2. İvan Balliu, 8. Klaus Qyasula, 16. Medon Berişa, 17. Ernest Muçi, 19. Mirlind Daku, 22. Amir Abraşi, 24. Maraş Kumbulla.
Baş məşqçi: Silvinyo.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 13. Rahil Məmmədov (21. Qismət Alıyev, 46), 15. Bədavi Hüseynov, 7. Coşqun Diniyev (16. Elvin Camalov, 46), 8. Emin Mahmudov (k) (6. Emil Mustafayev, 69), 20. Aleksey İsayev, 17. Toral Bayramov (9. Vüsal İsgəndərli, 63), 11. Ramil Şeydayev (18. Ceyhun Nuriyev, 69), 10. Mahir Emreli (22. Musa Qurbanlı, 77).
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Mehdi Cənnətov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 19. Emil Səfərov.
Məşqçi: Arif Əsədov.