Azərbaycan millisi AÇ-2025-ə ilkin mərhələdən başlayacaq

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsinə yanvarda start verəcək.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Reytinq cədvəlinin 27-ci sırasında qərarlaşan komandamız bu dəfə ilkin mərhələdən yarışacaq.

Komandalar artıq səbətlərə bölünüb. Püşkatma isə oktyabrın 31-də keçiriləcək. Azərbaycan millisi öz qrupunun birinci komandası olacaq. Reytinq cədvəlində yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 səbətə bölünəcəklər. Səbətlərdən ikisində 3, birində 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq.

İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Əsas mərhələdə isə 28 komanda 4 qrupda mübarizə aparaxaq. Bu mərhələnin oyunları 25-30 mart tarixlərində keçiriləcək. Yekunda qrup qalibləri final mərhələsinə yüksələcək.

AÇ-2025-in final mərhələnin oyunları gələn il 28 sentyabr – 5 oktyabrda Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

1-ci səbət
Gürcüstan
Azərbaycan
Şimali Makedoniya

2-ci səbət
Kosovo
Litva
Cəbəllütariq

3-cü səbət
Malta
Almaniya
San Marino
Estoniya