Azərbaycan millisi Albaniya ilə yoxlama matçı keçirəcək

Futbol üzrə Azərbaycan millisi 2024-cü ilin yayında beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Albaniya yığması ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, bu barədə “pamfleti.net” saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq. Oyuna yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45-də) start veriləcək. Bu, AÇ-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.

Xatırladaq ki, Albaniya yığması Avropa çempionatının B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə mübarizə aparacaq. Albanlar ilk oyunlarını iyunun 15-də İtaliyaya qarşı keçirəcəklər.

Sonda onu da qeyd edək ki, Azərbaycan millisi bu ay da iki yoldaşlıq xarakteri daşıyan oyuna çıxacaq. Komandamız FİFA-nın təşkil etdiyi yeni beynəlxalq turnir çərçivəsində Bakıda Monqolustan (22 mart) və Bolqarıstan (25 mart) yığmaları ilə üz-üzə gələcək. Albaniya ilə oyun isə hələ AFFA tərəfindən rəsmən təsdiq olunmayıb.