17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci matçına çıxıb.
Arena.az xəbər verir ki, yığmamız bu dəfə meydan sahiblərini sınağa çəkib.
Lakin Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma millimiz üçün uğursuz alınıb. Komandamız bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, Azərbaycan millisi bu turnirdəki ilk oyununda Farer adaları ilə qarşılaşmış və 4:2 hesablı qələbəyə sevinmişdi.
Millimiz turnirdə son oyununu mayın 7-də Moldova komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Xatırladaq ki, yığmamız Tiranaya bu heyətlə yollanıb:
1. Ayxan Abbaszadə – Turan Tovuz
2. Həbib Hüşənov – Qəbələ
3. Firudin Kişiyev – EFA
4. Əhməd Tarverdiyev – Sabah
5. Səmid Əhmədov – Qəbələ
6. Vüsal Paşayev – Sumqayıt
7. Nadir Orucov – Sumqayıt
8. Rəşad Alışov – Sabah
9. Tuncay Əhmədov – Sabah
10. Əkbər Məhərrəmov – Sabah
11. Ömər Kərimov – Qəbələ
12. Elnur Cabbarlı – Sumqayıt
13. Babamirzə Mehdiyev – Sabah
14. Anar Hüseynov – Sabah
15. Ziya Şəkərxanov – Qəbələ
16. Sadiq Məmmədli – Neftçi
17. Amin Muradov – Neftçi
18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
19. Hikmət Cəbrayılzadə – Qarabağ
20. İslam İsmayılzadə – Səbail
21. Röyal Fərzullazadə – Neftçi
22. Ümid Səlimov – Şamaxı