21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Antalyada Albaniyanın U-21 yığması ilə üz-üzə gəlib.
Üç qolun qeydə alındığı qarşılaşma milli komandamızın məğlubiyyəti ilə başa çatıb. Yığmamızın heyətində yeganə qolu 46-cı dəqiqədə Camal Cəfərov vurub.
Xatırladaq ki, Azərbaycan millisi Türkiyədəki növbəti yoxlama oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.
Yoxlama oyunu
23 mart
Azərbaycan – Albaniya 1:2
Qol: Camal Cəfərov, 46 – Stiven Shpendi, 43. Adrion Payaziti, 51.
Azərbaycan: 22. Rza Cəfərov, 2. Abdulla Rzayev, 4. Mahir Həsənov, 7. Camal Cəfərov, 8. Fərid Yusifli (k), 10. Veysəl Rzayev, 14. Hüseyn Babayev, 15. Süleyman Damadayev, 17. Murad Vəlişov, 18. Nihad Fərəcli, 19. Samir Abdullayev.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 3. Şirxan Həsənzadə, 5. Nazim Həsənzadə, 6. Ramin Nəsirli, 9. Mehrac Baxşəli, 11. Samir Məhərrəmli, 12. Sahib Həsənov, 13. Mirəli Əhmədov, 16. İbrahim Ramazanov, 20. Emil Səfərov, 21. Elçin Qasımov, 23. Samet Karakoç, 24. Xəyyam Hüseynov.
Baş məşqçi: Samir Əliyev.
Albaniya: 23. Simon Simoni, 2. Agan Myaki, 3. Paulo Buxelay, 4. Elmando Qyini, 5.Mario Mitay, 6. Behar İsmaili, 7. Arda Kutulan, 8. Medon Berisha (k), 9. Elyon Toci, 10. Adrion Payaziti, 11. Stiven Shpendi.
Ehtiyat oyunçular: 12. Endri Dema, 13. Henrik Nerquti, 14. Marcelino Preka, 15. Renaldo Torray, 16. İlir Qyuzi, 17. Diyar Nikci, 18. Ertigen Shehu, 19. Kristian Spendi, 20. Reyan Alivoda, 21. Reild Kurti, 22. Gerald Smayli.
Baş məşqçi: Alban Buşi.


