Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan EBSL-2021 Avropa çempionatının seçmə mərhələsindəki çıxışını başa vurub.
Arena.az xəbər verir ki, komandamız bu gün qrupun son oyununda Almaniya yığması ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əlavə edilmiş hissədə daha bir qol vuran Almaniya yığması 5:4 hesablı qələbə qazanıb. Millimizin qollarını Amid Nəzərov (2), Sabir Allahquliyev və Asif Zeynalov vurub.
Qeyd edək ki, Azərbaycan millisi 21-27 iyun tarixlərində dünya çempionatının seçmə mərhələsində iştirak edəcək və ilk oyunda iyunun 21-də Fransa yığması ilə qarşılaşacaq.