Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçmək məqsədi ilə ötən gün Qazaxıstana yollanıb.

Arena.az xəbər verir ki, yığmamız Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar. Bu gün start götürəcək məşqlər mayın 18-nə qədər davam edəcək. Boksçularımızın hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, toplanış 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.