Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayıb. Arena.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşıb.

Serbiyanın paytaxtı Belqraddakı “Stark Arena”da keçirilən görüş komandamız üçün uğursuz alınıb. Hər üç seti məğlub başa vuran voleybolçularımız 0:3 hesabıyla uduzublar.

Qeyd edək ki, yığmamızın A qrupundakı digər rəqibləri Serbiya, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmalarıdır. Azərbaycan millisi növbəti görüşünü sabah Bosniya və Herseqovinaya qarşı keçirəcək. Bu görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk

Avropa çempionatı
A qrupu
20 avqust

Azərbaycan – Belçika 0:3 (13:25, 24:26, 13:25)
Belqrad. “Stark Arena”.