Azərbaycan millisi Avropa çempionatında serblərə də uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, Vüqar Əliyevin çalışdırdığı kollektiv A qrupundakı dördüncü sınağında Serbiya yığması ilə qarşılaşıb.

Bu qarşılaşma da millimiz üçün uğursuz alınıb. Voleybolçularımız hər üç seti məğlub başa vurublar.

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı əvvəlki oyunlarında Belçika, Bosniya və Herseqovina və Rusiyaya da 0:3 hesabı ilə uduzmuşdu. Xalı olmayan yığmamız sonuncu – 6-cı pillədə qərarlaşıb.

Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk.

Avropa çempionatı
A qrupu

24 avqust

Azərbaycan – Serbiya 0:3 (17:25, 20:25, 19:25)