Azərbaycan millisi Belarus üzərində əzmkar qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Belarusla qarşılaşıb.

Minskdə keçirilən oyunun ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissənin əvvəlində meydan sahibləri hesabı açıblar. Amma komandamız qalan dəqiqələrdə buraxılan qolun əvəzini artıqlaması ilə çıxmağı bacarıb. Əvvəlcə Bədavi Hüseynov hesabı bərabərləşdirib. Son dəqiqələrdə isə Ramil Şeydayev komandamıza əzmkar qələbə qazandırıb.

Azərbaycan millisi bundan əvvəlki yoxlama oyununda Türkiyəyə 1:2 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
2 iyun

Belarus – Azərbaycan 1:2
Qol: M.Skavış, 56 – B.Hüseynov, 73. R.Şeydayev, 90+1.
Baş hakim: Dumitru Muntean (Rumıniya).
Minsk. “Dinamo” stadionu.

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Kiril Peçenin, 3. Maksim Şvetsov, 4. Maksim Molodko, 5. Artem Bıkov, 6. Ruslan Xadarkeviç, 9. Maks Ebonq, 11. Maksim Skavış (k), 13. Nikolai Zolotov, 14. Yevgeni Yablonski, 20. Dmitri Antilevski.
Ehtiyat oyunçular: 1. Anton Çiçxan, 16. Vladislav Vasilyuçek, 7. Qleb Şevçenko, 8. İhar Zayats, 10. Denis Qreçixo, 15. Roman Yuzepçuk, 17. Andrey Solovey, 18. Pavel Sedko, 19. Dmitri Pedstrelov, 21. Vladislav Klimoviç, 22. Danila Neçayev, 23. Yevgeni Şevçenko.
Baş məşqçi: Georgi Kondratyev.

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 21. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 6. Vüqar Mustafayev, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Şəhriyar Əliyev, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoli Nuriyev, 20. İsmayıl İbrahimli, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.