Sərbəst güləş üzrə Azərbaycan millisi dünəndən etibarən Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışındadır.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Minskdə yerləşən “Stayki” İdman Mərkəzində təşkil olunan hazırlıq prosesində məşqlər yerli komandayla birgə keçirilir.
Azərbaycan millisi ötən həftə Belarusun paytaxtında baş tutan Aleksandr Medvedin xatirə turnirində iştirak etdikdən sonra həmin məkanda toplanışa start verib. Sentyabrın 23-də başlayan hazırlıq prosesi oktyabrın 5-nə qədər davam edəcək.
Qeyd edək ki, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında keçirilən toplanış oktyabrda Albaniyada təşkil ediləcək U-23 və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyır.