Futbol üzrə Azərbaycan millisi bu gün ilk dəfə təşkil olunmuş “FIFA series – Edition 2024” layihəsi çərçivəsində növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, millimiz Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstan yığmasıyla üz-üzə gəlib.
Müvəqqəti baş məşqçi Arif Əsədovun rəhbərlik etdiyi yığmamız bir neçə gün öncə Monqolustana 1:0 hesabıyla qalib gəlmişdisə, bolqarlar da Bakıda Tanzaniyanı eyni hesabla üstələmişdilər.
Estoniyalı hakimlərin idarə etdiyi bu görüşdə isə qalib müəyyənləşməyib. İkinci hissədə bolqarlar hesabı açsa da, son dəqiqələrdə Musa Qurbanlının vurduğu qol sayəsində Azərbaycan millisi məğlubiyyətdən xilas ola bilib.
Günün digər oyununda isə Tanzaniya və Monqolustan yığmaları üz-üzə gəliblər. Bu qarşılaşmada Tanzaniya yığması 3:0 hesablı qələbəyə sevinib.
“FIFA series – Edition 2024”
25 mart
Azərbaycan – Bolqarıstan 1:1
Qollar: Musa Qurbanlı, 87 – Filip Krastev, 59.
Baş hakim: Kristo Tohver (Estoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 13. Rahil Məmmədov, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov.
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Səlahət Ağayev, 5. Bəxtiyar Həsənalızadə, 6. Emil Mustafayev, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı, 10. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 2. Amin Seydiyev.
Məşqçi: Arif Əsədov.
Bolqarıstan: 23. İvan Dulqerov, 3. Zivko Atanasov, 4. İlya Qruyev, 5. Aleks Petkov, 6. Valentin Antov, 7. Georgi Kostadinov, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev, 20. Filip Krastev, 22. İlian İluev, 26. Viktor Popov.
Ehtiyat oyunçular: 1. Dimitar Mitov, 21. Svetoslav Vutsov, 2. Patrik-Qabriel Qalçev, 9. Georgi Minçev, 10. Georgi Rusev, 12. Dimitar Tonev, 14. Lukas Petkov, 15. Petko Xristov, 16. Svetoslav Kovaçev, 18. İvaylo Çoçev, 24. Stanislav İvanov, 25. Martin Minçev.
Baş məşqçi: İlian İliyev.