Azərbaycan millisi DÇ-nin yarımfinalında Çexiyaya uduzdu

Mini futbol üzrə Azərbaycan millisi (U-23) Xorvatiyada təşkil olunmuş dünya çempionatı çərçivəsində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu komanda yarımfinalda Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən oyunda 1:4 hesabı ilə məğlub olan yığmamız finala yüksələ bilməyib.

Komandamız bu gün bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Slovakiya – Serbiya cütünün məğlubu olacaq.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsinin sonuncu turunda da Çexiya yığması ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Yığmamız mundialın ilk turunda Serbiyaya 1:5 hesabı ilə uduzmuş, 2-ci turda isə Hindistana 16:0 hesabıyla qalib gəlmişdi. Yığmamız qrup üçüncüsü kimi 1/4 finala yüksəlmiş və burada İngiltərəyə 3:0 hesabıyla qalib gəlmişdi.

Oktyabrın 7-də başlamış dünya çempionatı bu gün başa çatacaq.

Dünya çempionatı
Yarımfinal
10 oktyabr

Azərbaycan – Çexiya 1:4