Cüdo üzrə böyüklərdən ibarət Azərbaycan millisi 2023-cü ilin ən mötəbər yarışı olan dünya çempionatı üçün heyətini müəyyənləşdirib. Arena.az xəbər verir ki, bu il keçiriləcək dünya çempionatına Qətər ev sahibliyi edəcək.
Mayın 7-də Doha şəhərində başlayacaq mundial ayın 14-nə qədər davam edəcək. Azərbaycan millisi bu mundialda 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.
Dünya çempionatında cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman başçılıq edəcək. Qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev də rəhbər heyətdə yer alıblar.
Dünya çempionatında fərdi yarışlar 7-13 may aralığında keçiriləcək. Komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək.
Fərdi yarışlarda Azərbaycanı təmsil edəcək yığma komandamızın heyətini təqdim edirik:
Qadınlar
-48 kq
Leyla Əliyeva
Könül Əliyeva
-52 kq
Gültac Məmmədəliyeva
Aydan Əliyeva
Kişilər
-60 kq
Balabəy Ağayev
Turan Bayramov
-66 kq
Orxan Səfərov
-73 kq
Hidayət Heydərov
-81 kq
Səid Mollayi
-90 kq
Məmmədəli Mehdiyev
Murad Fətiyev
-100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri


