17 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisi (U-17) İordaniyanın paytaxtı Ammanda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Arena.az bu barədə Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə yarışa start veriləcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 10 güləşçimiz uğur qazanmağa çalışacaq:
Şahid Nəbiyev (45 kq)
Əmrah Əmrahov (48 kq)
Turan Daşdəmirov (51 kq)
Əli Nəzərov (55 kq)
Ayxan Cavadov (60 kq)
Emil Abdullayev (65 kq)
Yusif Əhmədli (71 kq)
Orxan Hacıyev (80 kq)
Səid Paşayev (92 kq)
Abdullah Həsənov (110 kq)
Daha sonra böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun yetirmələri mübarizəyə qoşulacaqlar. Qızlardan ibarət komandada 6 güləşçi yer alıb:
Nəzrin Əhmədli (40 kq)
Esra Məmmədli (49 kq)
Fatimə Bayramova (53 kq)
Fidan Babayeva (57 kq)
Günay Qurbanova (61 kq)
Zəhra Kərimzadə (69 kq)
Mundialın son günlərində sərbəst güləşçilər xalçaya çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edəcək:
Rəvan Həsənzadə (45 kq)
Hacıhüseyn Əhmədzadə (48 kq)
Muhəmməd İsmayılov (51 kq)
Hüseyn Hüseynov (55 kq)
Hüseyn İsmayılov (60 kq)
İsa Yusibov (65 kq)
Nihad Abasov (71 kq)
Məhəmməd Abbaszadə (80 kq)
Fərhad Süleymanlı (92 kq)
Muxamad Qantemirov (110 kq)
Yarışda 1-ci dərəcəli hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaqlar.
Qeyd edək ki, dünya çempionatı avqustun 19-dan 25-nə qədər keçiriləcək. Cari ilin ilk mundialında 576 yeniyetmənin iştirakı gözlənilir. Görüşlər hər gün Bakı vaxtı ilə 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.