Kişi basketbolçulardan ibarət Azərbaycan millisi FIBA-nın yenilənmiş reytinq cədvəlində 13 pilləlik irəliləyişə nail olub.
Arena.az xəbər verir ki, hazırda hesabında 80 xal olan yığmamız 160 komandanın yer aldığı sıralamada 105-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi fevralda dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub. Bundan bir neçə gün sonra isə millimiz doğma meydanda Kosovoya qalib gəlib – 87:77.
Yığmamızın qrupdakı rəqiblərindən İsveçrə (175,6 xal) 62-ci, Kosovo (118,2 xal) 79-cu, İrlandiya (109 xal) 88-ci pillədə yer alıb.