Azərbaycan millisi FİFA reytinqində 111-ci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti FIFA reytinqində ötən ayla müqayisədə növbəti dəfə irəliləməyə nail olub.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Millimiz ötən ayla müqayisədə bir pillə irəliləyib. Azərbaycan yığması hazırda 111-ci mövqedə qərarlaşıb. Hazırda Azərbaycan millisi 1179.88 xala malikdir.

Komandamızın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1522,19) 28-ci, Slovakiya (1467,77) 45-ci, Estoniya (1146,47) 123-cüdür.

Azərbaycan millisi bu ayın əvvəlində Albaniya yığmasına 1:3 hesabıyla məğlub olub, Qazaxıstana isə 3:2 hesabıyla qalib gəlib.

FİFA reytinqinə yenə Argentina yığması liderlik edir. Sonuncu dünya çempionunun hesabında 1860,14 xal var. Fransa (1837,47) ikinci, Belçika (1797,98) isə üçüncü pillədə qərarlaşıb. Bir pillə geriləyən İngiltərə (1787,88) beşincidirsə, beşqat dünya çempionu Braziliya (1791,85) dördüncü pilləyə yüksəlib.

Türkiyə millisi yeni siyahıda 2 pillə geriləyib. Qardaş ölkə yığması hazırda 1493,38 xalla 42-ci sırada qərarlaşıb.

FİFA reytinqininin ilk 30 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Argentina – 1860,14
  2. Fransa – 1837,47
  3. Belçika – 1797,98
  4. Braziliya – 1791,85
  5. İngiltərə – 1787,88
  6. Portuqaliya – 1747,04
  7. Niderland – 1746,66
  8. İspaniya – 1729,92
  9. Xorvatiya – 1728,3
  10. İtaliya – 1724,37
  11. ABŞ – 1676,52
  12. Mərakeş – 1669,44
  13. Kolumbiya – 1669,44
  14. Uruqvay – 1663,44
  15. Meksika – 1652,33
  16. Almaniya – 1646,78
  17. Yaponiya – 1628,81
  18. Seneqal 1623,34
  19. İsveçrə – 1617,24
  20. İran – 1611.16
  21. Danimarka – 1610,76
  22. Cənubi Koreya – 1572,87
  23. Avstraliya – 1571,29
  24. Ukrayna – 1565,37
  25. Avstriya – 1560,03
  26. Polşa – 1541,49
  27. Macarıstan – 1529
  28. İsveç – 1522,19
  29. Uels – 1521,4
  30. Ekvador – 1517,54