Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti FIFA reytinqində ötən ayla müqayisədə növbəti dəfə irəliləməyə nail olub.
Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Millimiz ötən ayla müqayisədə bir pillə irəliləyib. Azərbaycan yığması hazırda 112-ci mövqedə qərarlaşıb. Hazırda baş məşqçisi olmayan Azərbaycan millisi 1177.83 xala malikdir.
Komandamızın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1531,68) 27-ci, Slovakiya (1461,55) 48-ci, Estoniya (1141,13) 123-cüdür.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi ötən il noyabrın 22-də millimizin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığmamız onun rəhbərliyi altında AÇ-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub. Komandamızın yeni baş məşqçisinin qarşıdakı aylarda müəyyənləşməsi gözlənilir.
Baş məşqçisiz Azərbaycan millisi ötən ay Bakıda Monqolustan yığmasına qalib gəlib (1:1), Bolqarıstan seçməsi ilə heç-heçə oynayıb – 1:1.
FİFA reytinqinə yenə Argentina yığması liderlik edir. Sonuncu dünya çempionunun hesabında 1858 xal var. Fransa (1840,59) ikinci, Belçika (1795,28) isə üçüncü pillədə qərarlaşıb. Bir pillə geriləyən İngiltərə (1794,9) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1788,65) beşinci pilləyə düşüb.
Türkiyə millisi yeni siyahıda 5 pillə geriləyib. Qardaş ölkə yığması hazırda 1495, 94 xalla 40-cı sırada qərarlaşıb.
FİFA reytinqininin ilk 20 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- Argentina – 1858
- Fransa – 1840,59
- Belçika – 1795,23
- İngiltərə – 1794,9
- Braziliya – 1788,65
- Portuqaliya – 1748,11
- Niderland – 1742,29
- İspaniya – 1727,5
- İtaliya – 1724,6
- Xorvatiya – 1721,07
- ABŞ – 1681,13
- Kolumbiya – 1664,28
- Mərakeş – 1661,42
- Meksika – 1661,11
- Uruqvay – 1659,39
- Almaniya – 1644,21
- Seneqal 1624,73
- Yaponiya – 1621,88
- İsveçrə – 1616,41
- İran – 1613.96