Azərbaycan millisi FIFA reytinqində 121-ci pillədə qaldı

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanan növbəti FIFA reytinqində əvvəlki mövqeyini qoruyub. Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan millisi əvvəlki reytinq siyahısında olduğu kimi, yenə 121-ci pillədə qərarlaşıb. Lakin komandamızın hesabında hazırda 1147,69 reytinq balı var.

Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərinin mövqeyi isə belədir:

5. Belçika – 1792
23. İsveç – 1538
25. Avstriya – 1537
115. Estoniya – 1172

Reytinq cədvəlinin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.

Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.

1. Argentina – 1851,41

2. Fransa – 1840,76

3. Braziliya – 1837,61

4. İngiltərə – 1794,34

5. Belçika – 1792,64

6. Xorvatiya – 1747,83

7. Niderland – 1743,15

8. Portuqaliya – 1728,58

9. İtaliya – 1727,37

10. İspaniya – 1710,72

11. ABŞ – 1678,71

12. Meksika – 1661,46

13. Mərakeş – 1658,32

14. İsveçrə – 1654,11

15. Almaniya – 1637,9

16. Kolumbiya – 1629,6

17. Uruqvay – 1626,51

18. Danimarka – 1606,84

19. Yaponiya – 1605,2

20. Seneqal – 1597,01

21. İran – 1561,26

22. Peru – 1551,91

23. İsveç – 1538,84

24. Ukrayna – 1538,42

25. Avstriya – 1537,36

26. Cənubi Koreya – 1533,01

27. Avstraliya – 1531,72

28. Serbiya – 1529,49

29. Tunis – 1525,23

30. Polşa – 1524,61

31. Şotlandiya – 1522,67

32. Macarıstan – 1517,73

33. Uels – 1510,52

34. Əlcəzair – 1509,5

35. Misir – 1508,93

36. Çili – 1504,75

37. Çexiya – 1500,44

38. Ekvador – 1497,66

39. Rusiya – 1495.53

40. Nigeriya – 1488,86.