Azərbaycan millisi FİFA reytinqində 2 pillə gerilədi

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti, sentyabr ayının FIFA reytinqində 2 pillə geriləyib.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Millimiz ötən ayla müqayisədə geriləyib. Belə ki, bir nömrəli komandamız yeni reytinq siyahısında 1173,15 xalla 113-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi son olaraq UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turu çərçivəsində İsveç (1:3) və Slovakiya (0:2) yığmaları ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. Bu, 6,73 xal itkisinə yol açıb. Nəticədə millimiz 113-cü pilləyə düşüb.

UEFA Millətlər Liqasındakı rəqiblərimizdən ən yaxşı göstərici İsveçə (1528,18 xal) aiddir. Onlar 1 pillə irəlləyərək 28-ci yerdə qərarlaşıblar. Slovakiya (1485,89 xal) 2 pillə irəlləyib və 42-cidir. 1 pillə irəlləyən Estoniya (1140.39 xal) isə 122-cidir.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu oktyabrın 11-də səfərdə Estoniyaya qarşı keçirəcək.

FİFA reytinqinə yenə Argentina yığması liderlik edir. Sonuncu dünya çempionunun hesabında 1889,02 xal var. Fransa (1851,92) ikinci, İspaniya (1836,42) isə üçüncü pillədə qərarlaşıb. İngiltərə (1817,28) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1772,02) beşinci pillədə yer alıb.

Türkiyə millisi yeni siyahıda 1538,52 xalla 26-cı sırada qərarlaşıb.

FİFA reytinqininin ilk 30 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Argentina – 1889,02
  2. Fransa – 1851,92
  3. İspaniya – 1836,42
  4. İngiltərə – 1817,28
  5. Braziliya – 1772,02
  6. Belçika – 1768,14
  7. Niderland – 1759,95
  8. Portuqaliya – 1752,14
  9. Kolumbiya – 1738,72
  10. İtaliya – 1726,31
  11. Uruqvay – 1701,34
  12. Xorvatiya – 1699,6
  13. Almaniya – 1692,19
  14. Mərakeş – 1676,14
  15. İsveçrə – 1641
  16. Yaponiya – 1639,6
  17. Meksika – 1635,66
  18. ABŞ – 1632,19
  19. İran – 1622.92
  20. Danimarka – 1621,7
  21. Seneqal 1620,87
  22. Avstriya – 1580,37
  23. Cənubi Koreya – 1572,61
  24. Ukrayna – 1548,29
  25. Avstraliya – 1544,3
  26. Türkiyə – 1538,52
  27. Ekvador – 1535,43
  28. İsveç – 1528,18
  29. Uels – 1526,53
  30. Polşa – 1525,08