Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəlilədi

Futbol üzrə Azərbaycan millisi FİFA reytinqində irəliləyib. Arena.az xəbər verir ki, bu gün FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Siyahıda Azərbaycan yığmasının da mövqeyi müəyyənləşib. Yığmamız ötən siyahı ilə müqayisədə 5 pillə irəliləyib. Azərbaycan millisi hazırda 1146,72 xalla 123-cü sırada qərarlaşıb.

Yığmamızın belə irəliləməsinə UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi şərait yaradıb.

Reytinq cədvəlinə 1841.3 xala malik Braziliya millisi rəhbərlik edir. Belçika yığması (1816.71) ikinci, Argentina (1773.88) millisi üçüncü pillədə qərarlaşıb. Türkiyə milli komandası isə 1460,14 xalla 45-cidir.