Azərbaycan millisi FİFA reytinqində daha 2 pillə irəlilədi

Futbol üzrə Azərbaycan millisi FİFA reytinqində irəliləyib. Arena.az xəbər verir ki, bu gün FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Siyahıda Azərbaycan yığmasının da mövqeyi müəyyənləşib. Yığmamız ötən siyahı ilə müqayisədə daha 2 pillə irəliləyib. Azərbaycan millisi hazırda 1151,82 xalla 121-ci sırada qərarlaşıb.

Yığmamızın belə irəliləməsinə yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi şərait yaradıb.

Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən Belçika (1781.3) 4-cü, İsveç (1558.45) 23-cü, Avstriya (1497.24) 34-cü, Estoniya isə (1186.27) 109-cu sırada qərarlaşıb.

2022-ci ilin son reytinq siyahısına 1840.77 xalla Braziliya başçılıq edir. Aktivində 1838.38 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823.39 xalla üçüncüdür.

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465.38 xalla 44-cü yerdə qərarlaşıb.

FİFA reytinqində ilk 50 pillədə qərarlaşan komandalar

  1. Braziliya – 1840.77
  2. Argentina – 1838.38
  3. Fransa – 1823.39
  4. Belçika – 1781.3
  5. İngiltərə – 1774.19
  6. Niderland – 1740.92
  7. Xorvatiya – 1727.62
  8. İtaliya – 1723.56
  9. Portuqaliya – 1702.54
  10. İspaniya – 1692.71
  11. Mərakeş – 1672.35
  12. İsveçrə – 1655.02
  13. ABŞ – 1652.74
  14. Almaniya – 1646.91
  15. Meksika – 1635.78
  16. Uruqvay – 1627.45
  17. Kolumbiya – 1612.78
  18. Danimarka – 1608.11
  19. Seneqal – 1603.98
  20. Yaponiya – 1593.08
  21. Peru – 1564.3
  22. Polşa – 1559.83
  23. İsveç – 1558.45
  24. İran – 1551.73
  25. Cənubi Koreya – 1539.49
  26. Ukrayna – 1536.99
  27. Avstraliya – 1533.97
  28. Uels – 1530.28
  29. Serbiya – 1526.46
  30. Tunis – 1526.2
  31. Çili – 1506.91
  32. Kosta Rika – 1500.18
  33. Kamerun – 1499.3
  34. Avstriya – 1497.24
  35. Nigeriya – 1494.32
  36. Macarıstan – 1493.33
  37. Rusiya – 1491.26
  38. Çexiya – 1490.61
  39. Misir – 1490.34
  40. Əlcəzair – 1486.72
  41. Ekvador – 1477.32
  42. Şotlandiya – 1476.94
  43. Norveç – 1475.05
  44. Türkiyə – 1465.38
  45. Mali – 1449.05
  46. Paraqvay – 1445.06
  47. Fil Dişi Sahili – 1441.49
  48. İrlandiya – 1438.59
  49. Səudiyyə Ərəbistanı – 1438.13
  50. Burkina Faso – 1434.81