Azərbaycan millisi FIFA reytinqində irəlilədi

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti FIFA reytinqində bir pillə irəliləməyə nail olub Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan millisi hazırda 1155.91 xalla 120-ci sırada qərarlaşıb.

Xatırladaq ki, milli komandamız son olaraq AÇ-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub – 0:1.

Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən rəqiblərindən Belçika, İsveç və Avstriya əvvəlki mövqelərində qalıblar. Estoniya yığması isə 3 pillə geriləyib.

Yığmamızın rəqiblərinin indiki mövqeyi belədir:

  1. Belçika – 1793,1
  2. İsveç – 1545,76
  3. Avstriya – 1535,41
  4. Estoniya – 1159,33

Reytinq cədvəlinə yenə son dünya çempionu Argentina yığması rəhbərlik edir. Fransa yığması ikinci, Braziliya millisi üçüncüdür. Türkiyə milli komandası isə 38-ci mövqedə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.

1. Argentina – 1861,29

2. Fransa – 1853,11

3. Braziliya – 1812,20

4. İngiltərə – 1807,88

5. Belçika – 1793,71

6. Portuqaliya – 1739,83

7. Niderland – 1739,26

8. İspaniya – 1725,97

9. İtaliya – 1717,81

10. Xorvatiya – 1711,88

11. ABŞ – 1675,89

12. Meksika – 1663,94

13. Mərakeş – 1658,38

14. İsveçrə – 1645,38

15. Uruqvay – 1643,72

16. Almaniya – 1643,49

17. Kolumbiya – 1626,6

18. Yaponiya – 1612,99

19. Danimarka – 1612,15

20. Seneqal – 1600,82

21. İran – 1567,3

22. Ukrayna – 1549,33

23. İsveç – 1545,76

24. Cənubi Koreya – 1540,35

25. Avstriya – 1535,41

26. Peru – 1532,57

27. Avstraliya – 1531,25

28. Uels – 1528,69

29. Serbiya – 1525,4

30. Macarıstan – 1521,9