Azərbaycan millisi Göygölə yollandı – toplanış üçün

Qadın güləşi üzrə Azərbaycan millisi bu gündən etibarən Göygöldə növbəti təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Böyüklər, U-20 və U-17 yığma komandaların üzvlərindən formalaşmış geniş heyət Göygöl Olimpiya İdman Kompleksində məşqlərə başlayıb.

Hazırlıqda böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev, eləcə də U-20 və U-17 milli komandanın böyük məşqçisi Rövşən Umudovla Solmaz Adilovanın rəhbərliyi altında 27 güləşçi yer alıb. Hazırlıq prosesi martın 10-nə qədər davam edəcək.

Qeyd edək ki, hazırlıq prosesində yer alan güləşçilərin bir qismi martda Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcək.