Azərbaycan millisi Gürcüstan komandasına uduzdu

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi (U-16) Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışındadır. Arena.az xəbər verir ki, yığma komandanın martın 10-da başlamış hazırlıq prosesi ayın 17-nə qədər davam edəcək.

Komandamız artıq qonşu ölkədə ilk yoxlama oyununu da keçirib. Tahir Baxşıyevin yetirmələri “Zaza Pachulia Academy” komandası ilə üz-üzə gəliblər. Azərbaycan millisi bu rəqiblə oyundan 70:88 hesablı məğlubiyyətlə ayrılıb.