Azərbaycan millisi hazırlığa 23 futbolçu ilə bağladı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) mayın 1-dən 7-dək keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Arena.az xəbər verir ki, turnir Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.

Bu turnirə hazırlıq məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gündən Bakıda təlim-məşq toplanışına başlayıb. Hazırlıq mərhələsi aprelin 29-na qədər davam edəcək.

Baş məşqçi Füzuli Məmmədov bu toplanış üçün 23 futbolçuya dəvət göndərib. Amma UEFA İnkişaf turnirində iştirak edəcək yekun heyət toplanışdan sonra müəyyənləşəcək.

Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Həbib Hüşənov – Qəbələ
  3. Firudin Kişiyev – EFA
  4. Əhməd Tarverdiyev – Sabah
  5. Səmid Əhmədov – Qəbələ
  6. Vüsal Paşayev – Sumqayıt
  7. Nadir Orucov – Sumqayıt
  8. Rəşad Alışov – Sabah
  9. Tuncay Əhmədov – Sabah
  10. Əkbər Məhərrəmov – Sabah
  11. Ömər Kərimov – Qəbələ
  12. Elnur Cabbarlı – Sumqayıt
  13. Babamirzə Mehdiyev – Sabah
  14. Anar Hüseynov – Sabah
  15. Ziya Şəkərxanov – Qəbələ
  16. Sadiq Məmmədli – Neftçi
  17. Amin Muradov – Neftçi
  18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  19. Hikmət Cəbrayilzadə – Qarabağ
  20. İslam İsmayilzadə – Səbail
  21. Röyal Fərzullazadə – Neftçi
  22. Amid Qasımov – Qarabağ
  23. Ümid Səlimov – Şamaxı
Xəbəri sosial şəbəkələrdə paylaş: