Azərbaycan millisi ilk oyunda Ukraynaya məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-17) UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib. Arena.az xəbər verir ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv ilk oyununda Ukrayna yığması ilə qarşılaşıb.

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş turnirin ilk oyunu millimiz üçün uğursuz alınıb. Belə ki, komandamız meydanı 0:4 hesablı məğlubiyyətlə tərk edib.

Azərbaycan millisi növbəti oyununu aprelin 25-də Rumıniya yığmasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: