Azərbaycan millisi İrlandiya ilə bacarmadı

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, A qrupunun autsayderi olan komandamız İrlandiya yığmasını qəbul edib.

Qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxıb. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan Azərbaycan millisi son sıranı tərk etmək üçün mütləq qalib gəlməliydi. Amma komandamız bu vəzifənin öhdəsindən gələ bilməyib. İlk və yeganə xalını məhz səfərdə İrlandiya yığmasından alan millimiz bu rəqibə evdə üç cavabsız qolla uduzub.

Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq. Qrup lideri Portuqaliya isə Qətər yığmasıyla yoxlama matçında qüvvəsini sınayacaq.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
9 oktyabr

Azərbaycan – İrlandiya 0:3
Qol: K.Robinson, 7; 39. Ç.Oqbene, 90.
Baş hakim: Espen Eskas (Norveç).
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mərt Çəlik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.

İrlandiya: 1. Qevin Bazunu, 2. Mett Doherti, 4. Şeyn Daffi, 5. Con İqan (k), 6. Coş Kallen, 7. Kallum Robinson, 9. Adam Ayda, 11. Ceyms Maklinn, 13. Ceff Hendrik, 15. Deril Horqan, 22. Endryu Omobamidele.
Ehtiyat oyunçular: 16. Kivan Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Huriheyn, 10. Troy Perrott, 12. Neytan Kollinz, 14. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli.
Baş məşqçi: Stiven Kenni.

Xal durumu: Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1.