UEFA Millətlər Liqası çərçivəsində İsveç yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün oyunun keçiriləcəyi Solna şəhərinə yola düşüb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimizi səfərə aparan təyyarə saat 16:30-da Qəbələ Beynəlxalq Hava Limanını tərk edib.
Azərbaycan millisi noyabrın 18-də Bakı vaxtı ilə saat 21:00-da matçın baş tutacağı “Strauberri Arena”da son məşqinə çıxacaq.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək İsveç – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.


