Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz qrup mərhələsinin 5-ci turu çərçivəsində Kipr yğması ilə qarşılaşıb.
Limassol şəhərindəki eyniadlı stadionda baş tutan görüşü Belçikadan olan hakimlər briqadası idarə edib.
Azərbaycan millisi bu oyundan öncə, dörd turdan sonra 10 xalla qrupa liderlik edirdi. Kipr yığması isə 7 xalla qrup ikincisi idi. Monteneqronun hesabında 6 xal vardısa, autsayder Farer adaları hələ xal hesabını aça bilməmişdi.
Komandamız əvvəlki oyunlarında Monteneqroya səfərdə 1:0, evdə 3:0, Farer adalarına səfərdə 2:1 hesabıyla qalib gəlmişdi. Kiprlə ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
Komandamız bu gün Kiprdə qələbə qazanacağı təqdirdə B Liqasına vəsiqəni təmin edəcəkdi. Heç-heçə sayəsində də yığmamız qrup liderliyini qorumuş olacaqdı. Əks halda komandamız ikinci pilləyə yuvarlana bilərdi. Amma komandamız əsas rəqibinə səfərdə qalib gəlməklə tarixi uğura imza atıb.
Millimiz qrupdakı son matçını Bakıda Farer adalarına qarşı keçirəcək. Amma həmin oyunun nəticəsindən asılı olmayaraq, komandamız B Liqasına vəsiqəni təmin edib.
Qrupun digər oyununda bu gün Monteneqro Farer adalarını qəbul edib. Meydan sahibləri bu görüşdə 9:0 hesabıyla qalib gəliblər.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
1 dekabr
Kipr – Azərbaycan 0:1
Qol: Diana Məmmədova, 8.
Baş hakim: Karoline Lanssens (Belçika).
Baş hakimin köməkçiləri: İrmqard Van Meirvenne, Marqot Yakobs (Belçika).
Dördüncü hakim: Jana Van Laere (Belçika).
Limassol. Limassol stadionu. Saat 21:00.
Kipr: 1. Mariya Matthaiu, 3. Kriso Mixael, 5. Maria Panayotu, 7. Eleni Qyannu, 8. Antria Mixail, 9. Antri Violari, 10. Elena Aristodimu, 15. Elina Panayotu, 16. Sara Papadopulu, 17. Marilena Georgiu, 19. Filippa Savva (k).
Ehtiyat oyunçular: 12. Antriana Mila, 22. Konstantina Kuzaloi, 2. Maria Zamani, 4. Andria Efstratiu, 6. Xena Georgiu, 11. Luceretia Xrisostomu, 14. İoanna Ellina, 18. Sofie Dionissiu, 21. Atina Varnava.
Baş məşqçi: Stefanos Voskaridis.
Azərbaycan: 1. Atyac Şərifova, 2. Diana Məmmədova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 6. Esra Manya, 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 11. Vusalə Seyfəddinova, 20. Peritan Bozdağ, 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Gunay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 16. Milana Rəhimova, 17. Fidan Cəfərova, 18. Alina Dorofeyeva, 19. Sona Rəhimova, 21. Aysun Əliyeva.
Baş məşqçi: Siyasət Əsgərov.
Xal: Azərbaycan – 13. Monteneqro – 9. Kipr – 7. Farer adaları – 0.