Azərbaycan millisi Latviya ilə iki yoxlama oyunu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki qarşılaşmada qüvvəsini sınayacaq.

Arena.az xəbər verir ki, Latviya yığması ilə üz-üzə gələcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu Azərbaycan millisi bu rəqiblə iyulun 14-də və 17-də üz-üzə gələcək. Hər iki qarşılaşma Riqadakı “Yanis Skredelis” stadionunda baş tutacaq. Oyunlara Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.