Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Latviya yığması ilə qarşılaşıb.
Maltada baş tutan görüşün 30-cu dəqiqəsində yığmamızın yarımmüdafiəçisi Qara Qarayev birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bu, yığmamızın işini xeyli çətinləşdirib. Latviyalılar say üstünlüyündən yalnız son dəqiqələrdə yararlana biliblər. 85-ci dəqiqədə qol vuran rəqib millimizin növbəti məğlubiyyətini rəsmiləşdirib.
Xatırladaq ki, Azərbaycan millisi martın 25-də keçirdiyi yoxlama matçında Maltaya da 0:1 hesabı ilə uduzmuşdu. Beləcə, millimiz Maltadan iki məğlubiyyətlə qayıdır.
Sonda onu da xatırladaq ki, Azərbaycan yığması tarixində ilk dəfə Latviyaya məğlub olub. Bu komandaya qarşı daha öncə keçirdiyimiz dörd yoxlama oyunundan üçündə heç-heçə qeydə alınmış, birində isə qalib gəlmişdik.
Yoxlama oyunu
29 mart
Azərbaycan – Latviya 0:1
Qol: V.Qutkovski, 85.
Qırmızı vərəqə: Q.Qarayev, 30.
Hakimlər: Trustin Farruqia Kann, Luke Portelli, Dunkan Sultan, Andrea Skiriha (hamısı Malta).
Malta. Milli Stadion.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 17.Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Nicat Mehbalıyev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Amin Seydiyev, 16. Coşqun Diniyev, 18. Filip Ozobiç, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Ağabala Ramazanov, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni de Byazi.
Latviya: 1. Pavel Steinbor, 2. Vladislav Sorokin, 4. Kaspar Dubra, 5. Antoni Çernomordı (k), 6. Krister Tober, 9. Vladislav Qutkovski, 11. Robert Savavnyek, 14. Andrey Tsıqanik, 17. Renar Varslavan, 19. Raymond Krollis, 22. Aleksey Savelyev.
Ehtiyat oyunçular: 12. Robert Özol, 23. Rixard Matreviç, 7. Vladimir Kamış, 8. Eduard Emsis, 10.Yanis İkaunyek, 13. Emil Birka, Vladislav Qutkovski, 16. Alvis Jaunzems, 18. İqor Tarasov, 20. Daniel Balodis, 21. İlia Korotkov.
Baş məşqçi: Daynis Kazakeviç.


