19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, komandamız Xorvatiyada keçirilən qrup oyununda Latviyanın müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.
Beş qolun qeydə alındığı matç millimizin məğlubiyyəti ilə bitib. Komandamızın yeganə qolunu matçın sonlarında Fuad Məmmədzadə vurub.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda meydan sahibi Xorvatiyaya 1:6 hesabıyla uduzmuşdu. Bu qrupda yer alan digər komanda – Belarus yığması isə bu ölkənin Ukraynadakı hərbi əməliyyatlarda iştirakına görə UEFA tərəfindən yarışlardan kənarlaşdırılıb.
AÇ-nin seçmə mərhələsi
7-ci qrup
18 mart
Latviya – Azərbaycan 4:1
Hakimlər: Michael Lima De Sousa (Lüksemburq), Talqat Kosmuxambetov (Qazaxıstan), Pablo Delgado Sastre (İspaniya).
Timekeeper: Mislav Dzeko (Xorvatiya).
Karlovac şəhəri, Mladost Arena. Saat 20:00.
Latviya: 12. Rayner Murniek, 3. Tom Kristian Qrisli, 4. Edqard Tarakanov, 7. Nikita Yelaqov (k), 8. Andzey Miçkeviç, 1. Alen Daniel Sprukt, 2. Marks Zil, 5. Daniil Fogel, 6. Denis Lindekrona, 9. Eduard Oşis, 13. Maksim Puzikov, 19. Raivis Svilis.
Baş məşqçi: Artur Şketov.
Azərbaycan: 12. Azər Fərmanov, 2. Novruz Kazıxanov, 4. Nazim Rəhimov, 5. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov, 3. Fariz Mehralıyev, 6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k).
Baş məşqçi: Ağatahir Əzimov.


