Azərbaycan millisi Moldova yığması üzərində qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisi bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Moldova yığması ilə üz-üzə gəlib.

Paytaxt Kişinyovdakı “Zimbru” stadionunda baş tutan oyunu Ukraynadan olan hakimlər briqadası idarə edib. Üç qolun qeydə alındığı bu oyunda yığmamız qələbəyə sevinən tərəf olub.

Hesabı 28-ci dəqiqədə Emin Mahmudov açıb. İlk yarının sonlarında isə Aleksey İsayev baxımlı qolla hesab arasındakı fərqi daha da artırıb. Meydan sahibləri yalnız matçın son saniyələrində vurulan təsəlli qoluna seviniblər. Beləcə, Azərbaycan millisi qələbə seriyasını Moldova ilə oyunda da davam etdirib.

Xatırladaq ki, yığmamız tarixində ilk dəfə ardıcıl 4-cü matçından qalib ayrılır. Komandamız bundan əvvəl Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) məğlub etmişdi.

Komandamızı qarşıda Şimali Makedoniya yığması ilə oyun gözləyir. Noyabrın 20-də səfərdə baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Yoxlama oyunu
16 noyabr

Moldova – Azərbaycan 1:2
Qol: N.Motspan, 90+2 – E.Mahmudov, 28. A.İsayev, 42.
Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik (hamısı Ukrayna), Roman Jitari (Moldova).
Kişinyov. “Zimbru” stadionu.

Moldova: 1. Dmitri Çelyadnik. 2. Oleq Ryabçuk, 4. İqor Armaş, 7. Artur Yonitse (k), 10. Yevgeni Koçuk, 11. Vitali Damașkan, 13. Mixail Kaymakov, 14. Yuri Yovu, 17. Daniel Dumbravanu, 21. Yoan-Kelin Revenko, 22. Vadim Ratse.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 23. Dorian Raylyan, 3. Vadim Boloxan, 5. Serciu Platika, 6. Kristian Dros, 8. Nikita Motspan, 9. Mixail Ştefan, 15. Yon Jardan, 16. Viktor Stıne, 18. Marius Yosipoy, 19. Virciliu Postolaki, 20. Mixai Platika, 24. Yaser Tsurkan, 25. Sergey Kleşenko, 26. Serafim Kojokar.
Baş məşqçi: Sergey Kleşenko.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15. Bəxtiyar Həsənalızadə, 18. Anton Krivotsyuk, 19. Elvin Cəfərquliyev, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22. Aleksey İsayev, 24. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazade, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Anatoli Nuriyev, 14. Ceyhun Nuriyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 25. Rövlan Muradov, 26. Qismət Alıyev.
Baş məşqçi: Canni De Byazi.