17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün sonuncu matçına çıxıb.
Arena.az xəbər verir ki, milli komandamız üçüncü sınağında Moldova yığmasıyla üz-üzə gəlib.
Beş qolun qeydə alındığı qarşılaşma Moldovanın müvafiq yaş qrupundan ibarət komandasının qələbəsi ilə yekunlaşıb – 3:2. Millimizin qollarını 26-cı dəqiqədə Həsən Nəzərli və 39-cu dəqiqədə Ziya Şəkərxanov vurub.
Xatırladaq ki, Azərbaycan millisi bu turnirdəki ilk oyununda Farer adaları ilə qarşılaşmış və 4:2 hesablı qələbəyə sevinmişdi. Lakin Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma millimiz üçün uğursuz alınmışdı – 0:1.
Yığmamız Tiranaya bu heyətlə yollanıb:
1. Ayxan Abbaszadə – Turan Tovuz
2. Həbib Hüşənov – Qəbələ
3. Firudin Kişiyev – EFA
4. Əhməd Tarverdiyev – Sabah
5. Səmid Əhmədov – Qəbələ
6. Vüsal Paşayev – Sumqayıt
7. Nadir Orucov – Sumqayıt
8. Rəşad Alışov – Sabah
9. Tuncay Əhmədov – Sabah
10. Əkbər Məhərrəmov – Sabah
11. Ömər Kərimov – Qəbələ
12. Elnur Cabbarlı – Sumqayıt
13. Babamirzə Mehdiyev – Sabah
14. Anar Hüseynov – Sabah
15. Ziya Şəkərxanov – Qəbələ
16. Sadiq Məmmədli – Neftçi
17. Amin Muradov – Neftçi
18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
19. Hikmət Cəbrayılzadə – Qarabağ
20. İslam İsmayılzadə – Səbail
21. Röyal Fərzullazadə – Neftçi
22. Ümid Səlimov – Şamaxı


