Azərbaycan millisi monqollarla bolqarları bu arenada qəbul edəcək

Futbol üzrə Azərbaycan millisi “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Arena.az xəbər verir ki, Bakıda təşkil olunacaq bu turnir çərçivəsində baş tutacaq oyunların məkanı və başlama saatı müəyyənləşib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 4 komandanın iştirakı ilə baş tutacaq turnir çərçivəsində ümumilikdə 4 matç keçiriləcək. Oyunlar iki stadionda keçiriləcək. Azərbaycan millisi hər iki görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Komandamız Monqolustan və Bolqarıstanla qarşılaşacaq.

Digər iki qarşılaşma isə “Dalğa Arena”da reallaşacaq.

“FIFA series – Edition 2024”
22 mart

17:00. Bolqarıstan – Tanzaniya
Bakı. “Dalğa Arena”.

20:00. Azərbaycan – Monqolustan
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

25 mart

17:00. Tanzaniya – Monqolustan
Bakı. “Dalğa Arena”.

20:00. Azərbaycan – Bolqarıstan
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.