Futbol üzrə Azərbaycan millisi bu gün 2024-cü ildə ilk oyununa çıxıb və doğma meydanda Monqolustan yığması ilə üz-üzə gəlib.
Arena.az xəbər verir ki, ilk dəfə təşkil olunmuş “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşü Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Lakin komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız meydanı 1:0 hesablı qələbə ilə tərk edib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu martın 25-də eyni arenada Bolqarıstana qarşı keçirəcək. Yeri gəlmişkən, “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Bakıda keçirilmiş digər oyunda Bolqarıstan yığması Tanzaniya ilə üz-üzə gəlib. Mərdəkandakı “Dalğa Arena”da baş tutan bu görüşdə də bolqarlar 1:0 hesabıyla qalib gəliblər.
“FIFA series – Edition 2024”
22 mart
Azərbaycan – Monqolustan 1:0
Qol: Bəhlul Mustafazadə, 90+1.
Hakimlər: Zorbay Küçük, Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə).
Dördüncü hakim: Fəridə Lütfəliyeva (Azərbaycan).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan: 12. Rza Cəfərov, 2. Amin Seydiyev (21. Qismət Alıyev, 46), 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev (20. Vüsal İsgəndərli, 59), 10. Ozan Can Kökçü (17. Toral Bayramov, 46), 7. Coşqun Diniyev (14. Eddi İsrafilov, 81), 8. Emin Mahmudov (k) (22. Musa Qurbanlı, 71), 19. Filip Ozobiç (6. Emil Mustafayev, 59), 11. Ramil Şeydayev, 9. Renat Dadaşov.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 5. Bəxtiyar Həsənalızadə, 13. Rahil Məmmədov, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev.
Məşqçi: Arif Əsədov.
Monqolustan: 1. Münkerdene Enktaivan, 17. Dulqun Amara, 3. Bayartsengel Purevdorj, 12. Munk-Orgil Orkon (k), 5. Filip Çinzoriq, 2. Uuganbat Bat-Erden (23. Tuquldur Qantoqtok, 59), 8. Batmuk Balyinnyam (14. Munkbaatar Toqo, 75), 6. Amgalanbat Batbaatar, 4. Bat-Orgil Gerelt-Od (21. Tsoqtbatar Batbayar, 59), 18. Uuganbayar Purevsuren (20. Qantoqtok Qantuya, 75), 9. Oyunbaatarin Mijiddorj (15. Kaşçuluun Naranbataar, 90+3).
Ehtiyat oyunçular: 13. Xanda Tsenqun, 22. Ariunbold Batsaikan, 7. Temulen Uuqanbat, 10. Qan-Erden Erdenebat, 11. Munk-Erden Batkyaq, 16. Temuulen Zayat, 19. Namsray Baatarsoqt.
Baş məşqçi: İçiro Otsuka.