Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, komandamız Bakıda Monteneqro yığması ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edib. Oyun millimizin 1:0 hesablı qələbəsiylə başa çatıb. Bu, Azərbaycan yığmasının seçmə mərhələdəki ilk qələbəsidir.
Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki beş oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan millisi Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu.
E qrupunun digər matçında bu gün Bosniya və Herseqovina yığması evdə Maltanı 1:0 hesabıyla üstələyib. Qrup lideri Danimarka millisi isə doğma meydanda eyni xala malik olduğu Rusiyanı sınağa çəkəcək.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
30 noyabr
Azərbaycan – Monteneqro 1:0
Qol: Ayşən Əhmədova, 24.
Hakimlər: Emanuela Rusta, Erinda Kume, Miryeta Salla, Soada Tuşay (hamısı Albaniya).
Bakı. “Dalğa Arena”.
Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova (11. Vüsalə Seyfəddinova, 79), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva (17. Vüsalə Hacıyeva, 90+2), 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze (6. Bilge Su Koyun, 79), 13. Nərgiz Hacıyeva, 16. Nazlican Parlak (19. Sona Rəhimova, 90+2), 20. Peritan Bozdağ (21. Aysun Əliyeva, 61), 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Milana Rəhimova, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 18. Alina Dorofeyeva.
Baş məşqçi: Siyasət Əsgərov.
Monteneqro: 12. Anastasiya Krstoviç, 3. Aleksandra Popoviç, 4. Maya Şaranoviç, 7. Sladyana Bulatoviç (k), 8. Andela Toşkoviç, 9. Nadya Stanoviç, 10. Yelena Karliçic, 11. Armisa Kuç, 15. Helena Boziç, 16. Medina Deşiç (2. Milica Radunoviç, 76), 17. Dariya Cukiç.
Ehtiyat oyunçular: 1. Svetlana Miliçiç, 22. İnes Obradoviç, 5. Mariya Maraş, 6. Andrea Yanyuşeviç, 14. Yovana Sariç, 18. Sara Simonoviç, 19. Yovana Vuçiniç, 20. Nada Durdevaç, 23. Enida Boşnyak.
Baş məşqçi: Mirko Mariç.
Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.


